Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Xocalı soyqırımının 34-cü ildönümü qeyd olundu – FOTOLAR
CƏMİYYƏT

Xocalı soyqırımının 34-cü ildönümü qeyd olundu – FOTOLAR

26 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq ölkəmizdə silsilə anım tədbirləri keçirilir. Hər il bu faciənin ildönümü ərəfəsində qanlı səhifəni bir daha vərəqləyərkən, hadisələrin arxasındakı siyasi və hərbi reallıqları açıq şəkildə ifadə etmək zərurəti yenidən gündəmə gəlir. Xüsusilə, keçmiş sovet ordusunun tərkibində fəaliyyət göstərmiş 366-cı motoatıcı alayın faciədə iştirakı məsələsi bir daha xatırladılır.

Fevralın 21-də Hind Klinikasının təşkilatçılığı və maliyyə dəstəyi ilə Hyatt Regency Baku hotelində Xocalı soyqırımının anım günü keçirildi. Tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Xocalıdan olan məcburi köçkünlər və şəhid ailələri iştirak edirdilər.

Çıxışlarda Xocalı faciəsinin unudulmamasının, onun beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmasının vacibliyi vurğulandı. Qeyd olundu ki, bu cür tədbirlər tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə Xocalıda ermənilərə əsir düşmüş Elmira xanım da çıxış edərək başına gətirilən dəhşətli hadisələrdən danışdı. Onun yaşadıqları iştirakçılar tərəfindən dərin hüzn və sarsıntı ilə qarşılandı.

Anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatdı.

Unutmayaq, unutdurmayaq!

Возможно, это изображение текст "শোন্ষন XOCALI SOYQIRIMI 26 FEVRAL 1992 613 natar y yelktib cũm edana UTAG ΑΟ SẠG 106 CADIN 70 TAJU ピ本 BE"

Возможно, это изображение один или несколько человек и столНет описания фото.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Çorta gedən” Azərbaycan elmi

Next

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib

Copyright 2026— Praqraf.com. All rights reserved