PAYLAŞIN:

Sumqayıt Tibb Mərkəzi 8 aylıq hamilənin xəstəxanada ölməsi ilə bağlı məlumat yayıb.

Qurumdan Paraqraf.com-a bildirilib ki, fevralın 26-sı saat 02:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1996-cı il təvəllüdlü qadın hospitalizasiya olunub.

Pasiyentə naməlum mənşəli komatoz vəziyyət, aqonal hal diaqnozları təyin edilib və zəruri tibbi yardım göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun saat 02:30 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ölümün dəqiq səbəbləri təşrihin nəticələrindən sonra məlum olacaq.

Paraqraf.com 

 

Loading