Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Qalmaqallı Şoular Bağlandı: “Televiziyalarda Yeni Era Başlayır?”
MANŞETÖZƏL

Qalmaqallı Şoular Bağlandı: “Televiziyalarda Yeni Era Başlayır?”

26 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Aparıcılar Tarix Əliyev və Elgiz Əkbərin verilişlərinin yayımı dayandırılıb.

Son günlər sosial şəbəkələrdə aparılan müzakirələr və qalmaqallardan sonra bu qərarın verildiyi bildirilir.

Elgizin həftəiçi hər gün ARB telekanalında yayımlanan “Elgizlə izlə”, Tolikin isə Space TV-də efirə çıxan “Tarixin bir günü” proqramı bağlanıb.

Məsələ ilə bağlı aparıcılarla əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb – zənglər cavabsız qalıb.

Media eksperti Hacıbəy Heydərli “Paraqraf.com”a açıqlamasında bildirib ki, Azərbaycan televiziyalarında şou tipli verilişlərə ciddi nəzarətin vaxtı çoxdan çatmışdı:

“Uzun müddətdir ki, həm cəmiyyətdə, həm də sosial şəbəkələrdə bayağı şou proqramlarında şəxsi həyatların ön plana çəkilməsi, müğənnilərin sənətdən çox qalmaqallarla gündəmə gəlməsi narazılıq doğururdu. Bəzi verilişlərin bağlanması və digərlərinin yayım siyasətində dəyişikliklərin edilməsi müsbət addımdır. Tamaşaçı artıq daha keyfiyyətli və səviyyəli layihələr gözləyir”.

Ekspert vurğulayıb ki, efirlərdə mədəni və maarifləndirici proqramlara üstünlük verilməli, müğənnilərin şəxsi həyatından çox yaradıcılığı təqdim olunmalıdır:

“Cəmiyyətdə birmənalı qarşılanmayan bayağı məzmunlu çıxışlara və bu tip qonaqlara efirdə yer verilməməlidir. Azərbaycan telekanalları yeni mərhələdə daha sağlam və intellektual yayım siyasəti formalaşdırmaq potensialına malikdir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rəvanə Hüseynova: Türkiyənin müxtəlif bölgələrindən Azərbaycanda təhsil almaq istəyən gənclər var

Next

Münasibətlərdə görünməyən xətt: Sağlam sərhəd harada başlayır?

Copyright 2026— Praqraf.com. All rights reserved