PAYLAŞIN:

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com-un məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Beş avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində nəqliyyat vasitələrinə müxtəlif dərəcəli maddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paraqraf.com 

Loading