PAYLAŞIN:

Ötən axşam Su çərşənbəsi səbəbilə qalanan tonqalda iki nəfər yanıq xəsarəti alıb.

Bu barədə Paraqraf.com-a  Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən biri 15 yaşlı oğlan, digəri 9 yaşlı qızdır.

Həmin şəxslər Təcili tibbi yardım briqadası tərəfindən Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunublar.

Paraqraf.com 

Loading