PAYLAŞIN:

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinə növbəti hücumları nəticəsində dörd nəfər ölüb, daha iki nəfər yaralanıb.

Paraqraf.com Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov teleqramda yazıb.

“Rusiya qoşunları Zaporojye vilayətinin 32 yaşayış məntəqəsinə 643 zərbə endirib”, – o bildirib.

İ.Fedorovun sözlərinə görə, 12 aviazərbə qeydə alınıb.

Nəticədə yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsinə dair 218 müraciət daxil olub.

Paraqraf.com 

Loading