PAYLAŞIN:

ABŞ hakimiyyəti antirusiya sanksiya siyahısını daha üç hüquqi və dörd fiziki şəxslə genişləndirib.

Paraqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) press-relizində bildirilib.

Sanksiyalar kiberfəzadakı fəaliyyətlə əlaqədar tətbiq edilib. Qeyd olunub ki, üç rusiyalı, bir Özbəkistan vətəndaşı, həmçinin BƏƏ-də qeydiyyatdan keçmiş “Advance Security Solutions”“Special Technology Services LLC FZ.” şirkətləri, Rusiyanın “Matritsa” MMC-si sanksiyalar altına düşüb.

Daha əvvəl Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen qeyd edib ki, Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbul edilməsi zaman məsələsidir.

Paraqraf.com 

Loading