28 Okt 2026, Ç

Gəncədə tonqala yıxılan yeniyetmə xəstəxanaya yerləşdirilib

PAYLAŞIN:

Gəncədə çərşənbə tonqalına yıxılan yeniyetmə yanıq xəsarətləri alıb.

Paraqraf.com-un məlumatına görə, Gəncə şəhər ərazisində 15 yaşlı T.Şükürov çərşənbə tonqalının üzərindən tullanmaq istəyən zaman ehtiyatsızlıqdan ocağa yıxılıb.

Nəticədə o, yanıq xəsarətləri alıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paraqraf.com

Loading