Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Sabah”ın futbolçusu Premyer Liqada 100-cü matçını keçirib
İDMAN

“Sabah”ın futbolçusu Premyer Liqada 100-cü matçını keçirib

23 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

“Sabah”ın futbolçusu Coy-Lens Mikels Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

Paraqraf.com Peşəkar Futbol Liqasına İstinadən xəbər verir ki, almaniyalı hücumçunun yubileyi XXI tura təsadüf edib.

O, “Kəpəz”lə ev qarşılaşmasında (1:0) meydana sonradan çıxıb. Azərbaycanda yalnız bir klubda – “Sabah”da forma geyinən 32 yaşlı forvard 100 oyunda 47 qol vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.

Coy-Lens Mikels çempionatın tarixində ən azı 100 oyun keçirən legioner statuslu futbolçular arasında ən yüksək orta məhsuldarlığa malikdir. Ümumilikdə isə o, minimum 100 matça çıxanların siyahısında orta göstəricidə 7-ci nəticəyə malikdir.

Premyer Liqada 2021-ci ildə debüt edən Mikels ölkəmizdə yalnız “Sabah”ın formasını geyinib. O, 2021-23-cü illərdə şərəfini qoruduğu kluba 2024-cü ildə qayıdıb.

Qeyd edək ki, Coy-Lens Mikels turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub. O, eyni klubda buna nail olan 210-cu oyunçudur.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyuna çıxacaq

Next

“Bavariya” “Real”ın futbolçusunu heyətinə qatmaq istəyir

Copyright 2026— Praqraf.com. All rights reserved