Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Restoranda gizli ödəniş qalmaqalı – Antiinhisar Agentliyindən sərt xəbərdarlıq
CƏMİYYƏTMANŞETUncategorized

Restoranda gizli ödəniş qalmaqalı – Antiinhisar Agentliyindən sərt xəbərdarlıq

23 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən Pxali Xinkali restoranının filiallarından birində müştəridən “power bank” istifadə etdiyinə görə əlavə ödəniş alınıb.

Müştəridən bu xidmət üçün 2 manat tələb olunub.

Onun sözlərinə görə, menyuda “power bank” xidmətinin qiyməti göstərilməyib. Ödəniş barədə əvvəlcədən niyə məlumat verilmədiyini soruşduqda isə həmin “power bank”ı hansı ofisiantın təqdim etdiyinin müəyyən olunmadığı bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Paraqraf.com”un sorğusuna cavab olaraq bildirib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın, işin və ya xidmətin qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

Qeyd olunan məlumatların satıcı (icraçı) tərəfindən istehlakçıya təqdim edilməməsi inzibati məsuliyyətə səbəb olur.

Satılan mal barəsində yanlış və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi nəticəsində istehlakçı lazımi xassələrə malik olmayan malı (işi, xidməti) alıbsa, onun müqaviləni ləğv etmək və dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ var.

Bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, ictimai iaşə obyektləri əsas fəaliyyəti ilə yanaşı, növündən və dərəcəsindən asılı olaraq istehlakçılara əlavə (ödənişli) xidmətlər göstərə bilərlər.

Lakin əlavə xidmətlərin dəyəri menyu və ya preyskurantda mütləq şəkildə əks etdirilməlidir. İstehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsinə yol verilmir.

İstehlakçılar qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulması halları ilə qarşılaşdıqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi və ya elektron poçt vasitəsilə müraciət edə bilərlər.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Universitetlərdə 90 dəqiqəlik dərslər ləğv olunur? – Ekspertdən sensasion açıqlama

Next

Diqqət! Sumqayıt və Abşeron-Qaradağda su kəsintisi gözlənilir

Copyright 2026— Praqraf.com. All rights reserved