PAYLAŞIN:

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov (92 kq) Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turnirində qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Paraqraf.com-a verilən məlumata görə, bütün rəqiblərinə qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Abakarov finalda dağıstanlı Qamzat Qasanov üzərində inamlı qələbə qazanıb – 12:5.

Paraqraf.com 

Loading