Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Müdafiə naziri Hava Döyüş Komandanlığına göstərişlər verib
CƏMİYYƏT

Müdafiə naziri Hava Döyüş Komandanlığına göstərişlər verib

22 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə HHQ-nin bölmələrində olublar.

Paraqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, şəxsi heyətlə görüşdə müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müdafiə qüdrətinin gündən-günə daha da gücləndiyini vurğulayıb. Qarşıya qoyulan tapşırıqların vaxtında və dəqiq icrasının təmin edilməsi istiqamətində Hava Döyüş Komandanlığına müvafiq göstərişlər verib.

Müdafiə nazirinə hərbi hissədə mövcud olan yataqxana, yeməkxana və tibb məntəqəsi təqdim edilib. General-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qida normalarına riayət olunması, sanitariya-gigiyena qaydalarının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Həmçinin, ərazidə abadlıq, yaşıllaşdırma tədbirləri çərçivəsində xatirə ağacları əkilib və şəhid ailəsi ilə görüş keçirilib. Müdafiə naziri onların qayğıları ilə maraqlanıb, zəruri köməklik göstərilməsi barədə aidiyyəti şəxslərə tapşırıq verib. Şəhid ailəsi və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yanvarda metrodan istifadə edən sərnişinlərin sayı 2 %-dən çox azalıb

Next

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved