Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Qardaşına görə Krala etiraz etdilər
DÜNYA

Qardaşına görə Krala etiraz etdilər

21 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Böyük Britaniya Kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzorun ətrafındakı qalmaqallar yeni mərhələyə qədəm qoyub.

“Paraqraf.com” “Sky News”a istinadən xəbər verir ki, fəallar keçmiş şahzadənin Sandrinqem malikanəsindəki evinin qarşısında genişmiqyaslı etiraz aksiyası keçiriblər.

“Norfolk/Suffolk Saboteurs” hərəkatı tərəfindən təşkil edilən aksiyada iştirakçılar III Çarlz və Kraliça Kamillanın maskalarını taxaraq krallıq ailəsinə öz etirazlarını bildiriblər.

Qeyd edək ki, sözügedəm etirazlar Endryunun 66-cı ad günündə (19 fevral) Norfolkda saxlanılmasından dərhal sonraya təsadüf edir. Hüquq-mühafizə orqanları onu vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilərək 12 saat dindirdikdən sonra sərbəst buraxıblar. İstintaqın diqqət mərkəzində Endryunun Böyük Britaniyanın ticarət nümayəndəsi olduğu dövrdə Ceffri Epşteynə məxfi dövlət sənədlərini ötürməsi ilə bağlı sızan yeni elektron məktublar və sənədlər dayanır.

Xatırladaq ki, hadisə fonunda Birləşmiş Krallıq hökuməti Endryunun taxt-tac varisliyi siyahısından (hazırda 8-ci yerdədir) tamamilə çıxarılması üçün xüsusi qanun layihəsini nəzərdən keçirməyə başlayıb. Kral III Çarlz isə məsələ ilə bağlı qısa bəyanat yayaraq polis araşdırmasına tam dəstək veriləcəyini bildirib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Ronaldo, sən ABŞ-yə lazımsan” – Video

Next

Nigeriyada qanlı hücum – 50 nəfər qətlə yetirildi

Copyright 2026— Praqraf.com. All rights reserved