Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 21
  • 21 fevral: “Ana dili hər bir xalqın milli kimliyidir”

21 fevral: “Ana dili hər bir xalqın milli kimliyidir”

admin 21 Fevral 2026 6 minutes read
1771667144103532306169997ec8188d3
PAYLAŞIN:

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il qeyd olunan Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Ana dilimizi gələcək nəsillərə düzgün ötürmək üçün hansı addımlar vacibdir? Dövlət və vətəndaş dilin qorunmasında hansı vəzifələri daşıyır?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Jalə Əliyeva  açıqlamasında bildirib ki, fevralın 21-i bütün dünyada YUNESKO tərəfindən təsis edilmiş Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur:

“Bu günün əsas məqsədi dil müxtəlifliyinin qorunması, ana dilinin yaşadılması və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırmaqdır. Ana dili hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mənəvi dəyərlərinin daşıyıcısıdır. Azərbaycan üçün də Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, dövlət müstəqilliyinin və milli varlığın əsas sütunlarından biridir.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində Prezident cənab İlham Əliyevin geniş məzmunlu çıxışında ana dilimizlə bağlı olaraq toxunduğu taleyüklü məsələlər, dilin qorunması və inkişafı yönündə verdiyi dəyərli tövsiyələr və tapşırıqlar, bizcə dilini, torpağını, millətini sevən hər bir azərbaycanlı üçün yolgöstərən amilə çevrilməlidir”.

Onun sözlərinə görə, müasir dövrdə Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində müəyyən çağırışlar mövcuddur:

“Bu problemləri bir neçə istiqamətdə qruplaşdırmaq mümkündür. Qloballaşma, informasiya texnologiyalarının inkişafı və sosial şəbəkələrin geniş yayılması dilimizə çoxlu sayda xarici sözlərin daxil olmasına səbəb olub.

Xüsusilə gənclər arasında gündəlik danışıqda Azərbaycan dilində qarşılığı olan sözlərin əvəzinə xarici terminlərin işlədilməsi dilin saflığına mənfi təsir göstərir. Bu proses uzun müddətdə milli dilin özünəməxsusluğunu zəiflədə bilər.

Kütləvi informasiya vasitələri və sosial platformalar dilin formalaşmasında mühüm rol oynayır. Lakin bəzən televiziya proqramlarında, xəbər portallarında və sosial mediada orfoqrafik və qrammatik səhvlərə tez-tez rast gəlinir. Bu isə xüsusilə gənc nəslin dil vərdişlərinə mənfi təsir göstərir.

Bəzi hallarda ana dilində düzgün və səlis danışmaq mədəniyyət göstəricisi kimi deyil, adi məsələ kimi qəbul olunur. Halbuki dilə münasibət birbaşa milli şüurun səviyyəsini əks etdirir.

Elm və texnologiya sahəsində yeni anlayışların Azərbaycan dilində qarşılıqlarının yaradılması və tətbiqi bəzən gecikir. Nəticədə xarici terminlər olduğu kimi istifadə olunur”.

Millət vəkili qeyd edib ki, Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində dövlət, cəmiyyət və fərdi səviyyədə kompleks tədbirlərin həyata keçirilməsi zəruridir:

“Bunun üçün dil qanunvericiliyinin icrasına ciddi nəzarət edilməlidir. Televiziya və mediada dil normalarına əməl olunması təmin edilməlidir. Elmi terminlərin Azərbaycan dilində hazırlanması təşviq olunmalıdır. Dilçilik sahəsində tədqiqatlara dəstək artırılmalıdır. Əlbəttə, burada ən vacib amil təhsildir.

Məktəblərdə ana dilinin tədrisi daha yüksək səviyyədə təşkil olunmalı, şagirdlərdə ana dilinə sevgi və hörmət hissi formalaşdırılmalı, bədii ədəbiyyatın oxunması təşviq edilməlidir”.

O qeyd edib ki, ana dilinin qorunması təkcə dövlətin deyil, hər bir vətəndaşın borcudur:

“Hər bir insan gündəlik həyatında Azərbaycan dilində düzgün və səlis danışmağa çalışmaqla, xarici sözlərin yerinə ana dilimizdəki qarşılıqlardan istifadə etməklə, uşaqlara ana dilində danışmağı və oxumağı öyrətməklə, Azərbaycan ədəbiyyatını oxumaq və təbliğ etməklə, sosial şəbəkələrdə dil normalarına riayət etməklə ana dilimiz qarşısındakı öz vətəndaşlıq borcunu yerinə yetirə bilər.

Unutmayaq ki, ana dili gələcəyimizin təminatıdır. Ana dili xalqın varlığını yaşadan ən mühüm mənəvi sərvətdir. Dil itərsə, milli kimlik də zəifləyər. Azərbaycan dili əsrlər boyu xalqımızın tarixini, mədəniyyətini və ruhunu qoruyub bu günə gətirib.

Bu gün ana dilimizi qorumaq sadəcə mədəni məsələ deyil, həm də milli təhlükəsizlik, milli kimlik və dövlətçilik məsələsidir. Dilimizi qorumaqla biz öz keçmişimizi, bu günümüzü və gələcəyimizi qoruyuruq. Ana dilimizi yaşatmaq hər birimizin vətəndaşlıq borcu, milli vicdan məsələsidir”.

Gülər Həsənli 

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Təhsildə yeni mərhələ: Sosial həssas qruplara maliyyə dəstəyi
Next: Azərbaycan dilinin bugünkü vəziyyəti ürəkaçandırmı?

OXŞAR MÖVZULAR

6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026
17045b47-6174-3cb7-b9d5-2beef65c2369_1200

Hakim: Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.