Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Cənubi Koreyanın sabiq prezidenti ömürlük həbs edildi
DÜNYA

Cənubi Koreyanın sabiq prezidenti ömürlük həbs edildi

19 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Cənubi Koreyada məhkəmə ölkənin keçmiş prezidenti Yun Sok Yola ömürlük azadlıqdan məhrumetmə cəzası verib.

Paraqraf.com xəbər verir ki, qərarın əsas səbəbi 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyət elan edilməsi ilə bağlı qiyam xarakterli hərəkətlərə rəhbərlik etmək ittihamı olub.

İttiham aktına əsasən, Yun Sok Yol sabiq müdafiə naziri və digər şəxslərlə cinayət əlaqəsinə girib. Onların məqsədi ölkədə konstitusion quruluşu sarsıtmaq üçün kütləvi iğtişaşlar təşkil etmək olub. Bu plan ölkədə müharibə və ya oxşar miqyaslı fövqəladə vəziyyət olmadığı halda qanunsuz şəkildə hərbi vəziyyətin tətbiqi vasitəsilə həyata keçirilməli idi.

“Müttəhim… ömürlük azadlıqdan məhrum edilir”, – deyə məhkəmə qərar verib.

2024-cü il dekabrın 3-də Yun Sok Yol ordu və polis qüvvələrini cəlb edərək hərbi vəziyyətin tətbiqinə təşəbbüs göstərib. Təhlükəsizlik qüvvələri Milli Assambleyanın binasını mühasirəyə alaraq deputatların içəri daxil olmasına mane olublar. İstintaqın müəyyən etdiyi kimi, o, həmçinin parlamentin spikerinin, eləcə də hakim və ən böyük müxalif siyasi qüvvələrin rəhbərlərinin saxlanılması barədə göstəriş verib.

Buna cavab olaraq deputatlar mühasirəni yararaq təcili plenar iclas keçiriblər. İclasda hərbi vəziyyətin ləğvi barədə qərar qəbul olunub. Prezident bu qərarla razılaşıb, daha sonra parlament onun impiçmenti barədə səsvermə keçirib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

YouTube-un ilk videosu Londondakı muzeyin kolleksiyasına daxil edildi

Next

“Survivor”da işçinin bir torba yeməyi oğurlandı

Copyright 2026— Praqraf.com. All rights reserved