Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Zelenski: Ukrayna xalqı işğal olunmuş ərazilərin Rusiyada qalmasına razılıq verməyəcək
DÜNYA

Zelenski: Ukrayna xalqı işğal olunmuş ərazilərin Rusiyada qalmasına razılıq verməyəcək

18 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Ukrayna xalqı ordunun şərqdəki Donbas bölgəsindən birtərəfli çıxarılmasını və vilayətin Rusiyaya verilməsini nəzərdə tutan sülh sazişini qəbul etməyəcək.

Paraqraf.com xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski “Axios”a müsahibəsində bildirib.

O qeyd edib ki, amerikalı vasitəçilər Stiv Uitkoff və Cared Kuşner onu Rusiyanın müharibənin dayandırılmasını istədiyinə inandırmağa çalışıblar, lakin Zelenski buna skeptik yanaşaraq onlara öz xalqının “uğursuz tarix” kimi qəbul edəcəyi sülh baxışını irəli sürməyə məcbur etməməyi məsləhət görüb.

Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Trampın sülh naminə güzəştlərə açıq şəkildə Rusiyanı deyil, məhz Ukraynanı çağırması ədalətsizlikdir.

“Tramp üçün Ukraynaya təzyiq göstərmək daha böyük Rusiyaya nisbətən daha asan ola bilər, lakin davamlı sülhə gedən yol qələbəni Rusiya Prezidenti Vladimir Putinə vermək deyil”, – Ukrayna lideri bəyan edib.

Zelenski bildirib ki, ərazi məsələsində irəliləyişə nail olmağın ən yaxşı yolu Putinlə şəxsi görüşdür. O, komandasına gələcəkdə Cenevrədə liderlər səviyyəsində görüşün təşkilini tapşırıb.

Amerikalı vasitəçilər Ukrayna qoşunlarını onların nəzarətindəki Donbas hissələrindən çıxarmağı və demilitarizasiya edilmiş “azad iqtisadi zona” yaratmağı təklif ediblər. Zelenski isə Moskvadan öz qoşunlarını ekvivalent məsafəyə geri çəkməyi tələb edib və Rusiyanın bu ərazi üzərində suverenlik qurmaq istəyini rədd edib.

Vaşinqton və Kiyev razılaşıb ki, istənilən saziş Ukrayna xalqının referendumuna çıxarılmalıdır. Zelenskinin fikrincə, əgər bu saziş sadəcə Ukrayna tərəfinin suverenliyi və orada yaşayan insanların vətəndaşlığını qurban verərək Donbasdan çıxmasını nəzərdə tutursa, o rədd ediləcək.

“Emosional olaraq, insanlar bunu heç vaxt bağışlamayacaqlar. Heç vaxt. Onlar məni… bağışlamayacaqlar, onları (ABŞ-ni – red.) bağışlamayacaqlar”, – Zelenski bildirib və əlavə edib ki, ukraynalılar onlardan əlavə torpaqların güzəştə gedilməsi tələbini anlaya bilmirlər.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Vens İranla müzakirələrdə ABŞ-nin “qırmızı xətt”ləri barədə danışıb

Next

İran Prezidenti: ABŞ ilə danışıqlar Xameneinin koordinasiyası ilə aparılır

Copyright 2026— Praqraf.com. All rights reserved