Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Müştərisinin saçını kəsib sonra təqaüdünü talamaqda şübhəli bilinən bərbər saxlanılıb
HADİSƏ

Müştərisinin saçını kəsib sonra təqaüdünü talamaqda şübhəli bilinən bərbər saxlanılıb

18 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində müştərisinin saçını kəsib sonra təqaüdünü talamaqda şübhəli bilinən bərbər saxlanılıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, zərərçəkən küçə ilə hərəkətdə olarkən naməlum şəxsin ona zor tətbiq edərək 485 manatını taladığı barədə polisə müraciət edib.

Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynbala Cəfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin gün zərərçəkən daimi müştərisi olduğu kişi salonuna gedib və söhbət əsnasında bərbəri olan H. Cəfərova təqaüdünün köçdüyünü bildirib. Bunu eşidən həmin şəxs zərərçəkəni yol boyu izləyərək ona zor tətbiq edib, başına polietilen torba keçirməklə cibindəki pulu talayıb. Daha sonra isə o, pulu narkotik vasitə almaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına onlayn yolla göndərib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tural İrfan: “ABŞ-nin İrana sanksiyaları ləğv etməsi real görünmür”

Next

Bakıda mənzildən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən şəxs həbs olunub

Copyright 2026— Praqraf.com. All rights reserved