Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Suriyadan İraqa 2200 İŞİD-çi köçürülüb
DÜNYA

Suriyadan İraqa 2200 İŞİD-çi köçürülüb

09 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

İraq artıq Suriyanın xüsusi düşərgələrindən və həbsxanalarından köçürülmüş 2200-dən çox keçmiş İŞİD tərəfdarı və döyüşçüsünü qəbul edib.

Paraqraf.com xəbər verir ki, məlumatı İraq təhlükəsizlik xidmətlərinin mətbuat mərkəzinin rəhbəri general-leytenant Saad Maan INA xəbər agentliyinə açıqlayıb: “İraq artıq Suriyadan gətirilən 2250 İŞİD terrorçusunu qəbul edib”.

O qeyd edib ki, İŞİD tərəfdarlarının daşınması “beynəlxalq koalisiya ilə əlaqələndirilərək hava və quru yolu ilə həyata keçirilib”. Maan vurğulayıb ki, İraq hökuməti və təhlükəsizlik qüvvələri “cinayətkarlığın təkcə İraqda deyil, bütün dünyada yayılma təhlükəsinin qarşısını almaq üçün bu qədər sayda keçmiş döyüşçünün yerləşdirilməsi və prosedur məsələlərini həll etməyə hazırdır”.

Mətbuat mərkəzinin rəhbəri bildirib ki, xüsusi qruplar artıq “təhvil verilən şəxslərin təhlükə səviyyəsinə və qrupun fəaliyyətindəki iştirakına əsasən ilkin araşdırmalara və təsnifatına başlayıblar və etirafları qeydə alınır”. Maan əlavə edib ki, İraq tərəfi İŞİD cinayətlərində iştirak edən bütün şəxsləri daxili məhkəmələrdə mühakimə etmək niyyətindədir. General qeyd edib ki, İraq Xarici İşlər Nazirliyi “terrorçu qrupun cinayətlərində iştirak edən vətəndaşlarının təhvil verilməsi ilə bağlı bir sıra ölkələrlə” əlaqə saxlayır. Onun sözlərinə görə, “İŞİD tərəfdarlarının digər ölkələrə təhvil verilməsi prosesi yalnız İraq tərəfinin təqdim etdiyi bütün qanuni tələblər yerinə yetirildikdən sonra başlayacaq”.

İraq rəsmisinin dediyinə görə, Suriyadan gətirilən İŞİD-çilər dünyanın 42 ölkəsinin vətəndaşlarıdır.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Silah satışı, idxalı və ixracına dair əlavə şərtlər müəyyənləşib

Next

Şok rəqəm: Bu ölkə əhalisinin əlindəki qızıl mərkəzi banklarını kölgədə qoydu

Copyright 2026— Praqraf.com. All rights reserved