PAYLAŞIN:

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza sektorunun şimalında bir HƏMAS yaraqlısının zərərsizləşdirildiyini açıqlayıb.

Paraqraf.com-un “The Times of Israel” nəşrinə istinadən məlumatına görə, bu barədə ordunun mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, Məhəmməd Salah əd-Din Xalid Əbu Rəqba “sarı xətti” keçərkən və “Qəzza” diviziyasının Şimal briqadasının mövqelərinə yaxınlaşarkən müşahidə edilib və bu, təhlükəsizlik üçün təhdid yaradıb.

Dəqiqləşdirilib ki, o, 7 oktyabr 2023-cü ildə İsrailə təşkil olunan hücumda iştirak edib.

Paraqraf.com 

Loading