PAYLAŞIN:

Martın 11-dən Türkiyənin milli aviadaşıyıcısı – “Turkish Airlines” ölkənin İstanbul və Ermənistanın paytaxtı İrəvan arasında uçuşlara başlamağı planlaşdırır.

Paraqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri bu ölkənin İqtisadiyyat Nazirliyinin Turizm Komitəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu barədə aviaşirkət nümayəndələrinin komitə sədri Lusine Gevorqyanla görüşündə məlumat verilib.

“İclasda planlaşdırılan İstanbul-İrəvan-İstanbul reysləri, onların inkişaf perspektivləri, həmçinin yaxın gələcəkdə yeni istiqamətlər üzrə uçuşların həyata keçirilməsi imkanları müzakirə edilib”, – komitədən qeyd olunub.

Paraqraf.com

Loading