PAYLAŞIN:

Rusiya xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Avropa İttifaqı (Aİ) postsovet ölkələrini daim “ya bizimlə, ya da onlarla” seçimi qarşısında qoyur.

Paraqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Moskvada Ermənistan parlamentinin sədri Alen Simonyanla danışıqlarda bildirib.

“Aİ-dən olan həmkarlara gəlincə, onlar müvafiq ölkəni daim seçim qarşısında qoyurlar: “Ya bizimlə, ya da onlarla”. Bu, onların 20 ildən artıqdır ki, postsovet ölkələrinə məntiqi yanaşmasıdır”, – Rusiya XİN rəhbəri deyib.

“Çox ümid edirəm ki, Ermənistanda bunun arxasında nəyin dayandığını gözəl başa düşürlər”, – o əlavə edib.

Paraqraf.com 

Loading