Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/DİM dövlət qulluqçusu olmaq istəyən 1 000-dən çox namizəd üçün imtahan keçirəcək
ELM VƏ TƏHSİL

DİM dövlət qulluqçusu olmaq istəyən 1 000-dən çox namizəd üçün imtahan keçirəcək

03 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

Paraqraf.com xəbər verir ki, bu barədə DİM-dən verilən məlumata görə, BB vəzifə altqrupu üzrə test imtahanında iştirak üçün 854 namizəd qeydiyyatdan keçib.

Namizədlər bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

İmtahan saat 10:00-da başlayacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 5, BA qrupu üzrə 42, BB qrupu üzrə isə 110 olmaqla, ümumilikdə 160 namizəd qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı iştirakçıları bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 16:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

İmtahanların keçirilməsi üçün 12 imtahan rəhbəri, 68 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı ayrılıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

KİV: İqlim dəyişikliyi dünya miqyasında nüvə obyektlərinin təhlükəsizliyini təhdid edir

Next

Sumqayıtda reyd qalmaqalı: məmur cəzalandırılmaq əvəzinə vəzifə verildi?

Copyright 2026— Praqraf.com. All rights reserved