PAYLAŞIN:

Yaponiyanın Baş naziri Sanae Takaiçi Nümayəndələr Palatasının (Yaponiya parlamentinin aşağı palatası) buraxılması barədə qərar qəbul edib.

Paraqraf.com-un “Kyodo” agentliyinə istinadən məlumatına görə, hökumətin müvafiq qərarını palatanın spikeri Fukuşiro Nukaqa səsləndirib.

Qeyd edək ki, Takaiçi bazar ertəsi parlamentin aşağı palatasını buraxmaq planlarını açıqlamışdı. O həmçinin ümumi seçkilərin 8 fevralda keçiriləcəyini elan edib.

“Kyodo”nun vurğuladığına görə, bu, son 60 ildə yeni sessiyanın əvvəlində baş verən ilk belə hadisədir.

Paraqraf.com 

Loading