Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Gürcüstanın sabiq ədliyyə nazirinin müavini azadlığa buraxılıb
DÜNYA

Gürcüstanın sabiq ədliyyə nazirinin müavini azadlığa buraxılıb

23 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Gürcüstanda “Strategiya Aqmaşenebeli” Siyasi Birliyinin lideri Giorgi Vaşadze həbsxanadan çıxıb.

Paraqraf.com xəbər verir ki, azadlığa buraxıldıqdan sonra jurnalistlərə açıqlama verən G.Vaşadze həyəcanlı və nikbin olduğunu bildirib.

O, Gürcüstanda ədalətli, azad və inkişaf edən bir cəmiyyət qurmaq niyyətində olduqlarını vurğulayıb.

Siyasi birlik lideri müxalif qüvvələr arasında birliyin vacibliyinə də toxunaraq qeyd edib ki, məqsəd böyük və ümumi olduqda daha çox təşkilatlanma və əməkdaşlığa ehtiyac var.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi Giorgi Vaşadzeni parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirmədiyinə görə yeddi ay müddətinə azadlıqdan və iki il müddətinə dövlət vəzifələrində çalışmaq hüququndan məhrum etmişdi.

Məhkəmə Vaşadzenin istintaq komissiyasına gəlməməsi və müəyyən edilmiş müddətdə cəriməni ödəməməsi səbəbindən onun barəsində 50 min lari (18,5 min dollar – red.) məbləğində girov qətimkan tədbiri seçmişdi.

Bundan əlavə, Gürcüstan Prokurorluğu Giorgi Vaşadzeni bir sıra digər müxalifət liderləri ilə birlikdə konstitusiya quruluşunu devirməyə cəhd və sabotajda ittiham edirdi. Bu iş üzrə Mixeil Saakaşvili, Nika Qvaramiya, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı da cinayət işi açılıb.

Xatırladaq ki, Giorgi Vaşadze 2010-2012-ci illərdə Gürcüstanın ədliyyə nazirinin müavini vəzifəsində çalışıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çin üzərində həyəcan siqnalı verən təyyarə təcili eniş etməyə hazırlaşır

Next

Qvineya Prezidenti hökuməti istefaya göndərib

Copyright 2026— Praqraf.com. All rights reserved