Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Mirzoyan Ermənistanın TRIPP layihəsinə töhfəsindən danışıb
DÜNYA

Mirzoyan Ermənistanın TRIPP layihəsinə töhfəsindən danışıb

14 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Ermənistanın “TRIPP Development Company” (Tramp marşrutunun operatoru) birgə şirkətinə töhfəsi əsasən inşaat hüquqları və infrastrukturun istifadəsi ilə bağlıdır.

Paraqraf.com-un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə görüşünü şərh edərkən bildirib.

Görüş zamanı onlar iki ölkə arasında “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə çərçivə sazişi haqqında birgə bəyannaməni təsdiqləyiblər.

A.Mirzoyanın sözlərinə görə, mövcud payların bölgüsü 49 il müddətinə hesablanıb və layihənin biznes modeli, eləcə də investisiyaların geri qaytarılması müddəti ilə əlaqəlidir: “Sazişin daha 50 il uzadılmasından sonra payların nisbəti dəyişəcək və demək olar ki, bərabər olacaq”.

O, həmçinin qeyd edib ki, Ermənistanın təhlükəsizlik və gömrük orqanlarının əməkdaşları TRIPP layihəsinin ölkə ərazisindən keçən tranzit marşrutlarında fiziki olaraq iştirak edəcəklər. Nazir bildirib ki, sərhəd və gömrük nəzarəti sahəsində bütün suveren səlahiyyətlər yalnız “back-office” modelinə daxil olan Ermənistan dövlət orqanları tərəfindən həyata keçiriləcək.

Onun sözlərinə görə, Azərbaycanla sülh TRIPP layihəsi ilə qarşılıqlı əlaqəlidir, yəni biri digərinin nəticəsidir: sülh nə qədər möhkəm olarsa, TRIPP layihəsi də bir o qədər uğurlu və möhkəm olacaq.

Nazir qeyd edib ki, konkret nəticələr yayın sonu və ya payızın əvvəlinə gözlənilir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Hakan Fidan növbəti dəfə İran XİN rəhbəri ilə danışıb

Next

Qazaxıstan KTMT qüvvələrinin tətbiqi üçün hüquqi əsasları genişləndirir

Copyright 2026— Praqraf.com. All rights reserved