Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb
İQTİSADİYYAT

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb

19 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) və İtaliyanın Kənd Təsərrüfatı Tədqiqatları və Kənd Təsərrüfatı İqtisadiyyatı Şurası (CREA) arasında Anlaşma Memorandumu imzalanıb.

Paraqraf.com Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, sənədi ATM-in direktoru Rəşad Hüseynov və CREA-nın prezidenti Andrea Rocchi imzalayıb.

Məlumata əsasən, onlayn imzalanma mərasimində Rəşad Hüseynov Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, Mərkəz aqrar siyasətin elmi əsaslandırılması və analitik bazasının formalaşdırılması istiqamətində fəaliyyət göstərir və bu sahədə “beyin mərkəzi” kimi beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verilir.

Direktor Mərkəzin həm də aqrar sahədə elmi tədqiqat işlərinin aparılmasında, tədqiqatçıların yetişdirilməsində oynadığı mühüm rolu qeyd edib. Qurumların əməkdaşlığı məsələsinə gəlincə, Mərkəz rəhbəri deyib ki, bu əməkdaşlıq tarixi təcrübə və mövcud elmi potensialdan çıxış etməklə formalaşdırılmalı, tədqiqatçılar üçün yeni innovasiya imkanları açmalıdır. O, bu çərçivədə birgə tədqiqat mövzularının müəyyənləşdirilməsini, bilik və təcrübə mübadiləsini, davamlı innovasiya mühitinin yaradılmasını əsas məqsəd kimi vurğulayıb.

CREA prezidenti Andrea Rocchi də rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı qısa məlumat verib. Bildirib ki, CREA kənd təsərrüfatı, aqrosənaye, ərzaq təhlükəsizliyi, kənd yerlərinin inkişafı və iqtisadiyyat sahəsində fundamental tədqiqatları təşviq edən və aparan aparıcı tədqiqat təşkilatıdır.

Qurumun elmi fəaliyyəti kənd təsərrüfatı bitkiləri, heyvandarlıq, balıqçılıq, meşəçilik, aqrosənaye, qida elmi və sosial-iqtisadi aspektləri əhatə edir. Mərasimdə qeyd olunub ki, Anlaşma Memorandumunun məqsədi ümumilikdə sosial rifaha və iqtisadi inkişafa töhfə verməkdir. Memorandumda göstərilir ki, yaxın 3 ildə birgə iş planları hazırlanacaq, tərəflər məlumatların və tədqiqat materiallarının mübadiləsi, tədqiqat heyətinin mübadiləsi, müvafiq görüşlər və konfranslar üzrə birgə iş, kənd təsərrüfatının və aqrosənayenin inkişafı və s. məsələlər üzrə birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, təlim və təqaüd proqramlarında iştirak kimi sahələr üzrə əməkdaşlığı inkişaf etdirəcəklər.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

Next

Valideyn övladından imtina edərsə, uşaq hansı hüquqlara malikdir? – vəkil AÇIQLADI

Copyright 2026— Praqraf.com. All rights reserved