Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Paraqraf.TV və Laava Akademiyasının birgə təşkilatçılığı ilə təhsil tədbiri keçirildi
MANŞETÖZƏL

Paraqraf.TV və Laava Akademiyasının birgə təşkilatçılığı ilə təhsil tədbiri keçirildi

14 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

2025-ci il dekabrın 13-də Paraqraf.com və Laava Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir təhsil sahəsində müasir yanaşmalar, innovativ metodlar və gələcək inkişaf istiqamətləri ətrafında geniş müzakirələrə şərait yaratdı. Tədbirin əsas məqsədi mövcud təhsil mühitini dəyərləndirmək, yeni yanaşmaları təqdim etmək və bu sahədə fikir mübadiləsini gücləndirmək olub.

Tədbirin açılışında Laava Akademiyasının direktoru Lalə Əliyeva çıxış edərək təhsilin gələcəyi və akademiyanın bu istiqamətdə gördüyü işlərdən bəhs etdi. O, təhsilin yalnız bilik ötürülməsi ilə məhdudlaşmamalı olduğunu, eyni zamanda analitik düşüncə, problem həll etmə və sosial bacarıqların formalaşdırılmasına xidmət etməli olduğunu vurğuladı. Lalə Əliyeva Laava Akademiyasının da məhz bu yanaşmanı əsas götürdüyünü qeyd etdi.

Daha sonra çıxış edən millət vəkili Ceyhun Məmmədov ölkədə həyata keçirilən təhsil islahatlarından danışdı. O, bu islahatların davamlı və məqsədyönlü olmasının vacibliyini vurğulayaraq bildirdi ki, təhsildə real inkişaf təkcə struktur dəyişiklikləri ilə deyil, həm də təlim metodlarının yenilənməsi və müəllimlərin peşəkar inkişafı ilə mümkündür.

Tədbirin sonunda Paraqraf.com-un baş redaktoru və tədbirin təşkilatçısı Həsən Məmmədov çıxış edərək iştirakçılara təşəkkürünü bildirdi. O, müasir təhsilin əsas hədəfinin yaradıcı və innovativ düşünən fərdlər yetişdirmək olduğunu qeyd etdi və Paraqraf.com-un bu istiqamətdə maarifləndirici layihələrə davam edəcəyini vurğuladı.

Tədbir çərçivəsində digər spikerlər də təhsil sahəsinin müxtəlif aspektlərinə toxundular. Elnarə Musavi səhiyyə turizmi sahəsindəki yeniliklərdən, Kamran Əsədov psixologiya ilə təhsilin qarşılıqlı əlaqəsindən danışdı. Şəbnəm Hüseynova və Aynürə Kayinbəyova nitq bacarıqları və ünsiyyətin təhsildəki rolunu diqqətə çatdırdılar. Zivər Xanlorova və Rizvan Fikrət oğlu isə xüsusi təhsil və təhsil islahatları ilə bağlı fikirlərini bölüşdülər.

Qeyd edək ki, tədbir yalnız məlumatlandırıcı xarakter daşımayıb, eyni zamanda təhsilin gələcəyinə dair yeni baxış bucaqlarının formalaşmasına da töhfə verib. Paraqraf.com və Laava Akademiyası bu kimi təşəbbüslərlə təhsil sahəsində maarifləndirməni gücləndirməyi və müasir tələblərə cavab verən təhsil mühitinin formalaşmasına dəstək olmağı hədəfləyir.


Həsən
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı

Next

Yaşam və sevgi

Copyright 2026— Praqraf.com. All rights reserved