Müstəqil ekspertlər Pentaqonu qorumağa hesablanmış “Qızıl qübbə” raket əleyhinə müdafiə sisteminin dəyərinin 1,1 trilyon dollar olduğunu bildiriblər.
Hansı ki, ABŞ Prezidenti Donald Tramp onun 175 milyard dollar dəyəri olduğunu bildirmişdi.
Paraqraf.com xəbər verir ki, “Bloomberg” öz ekspertlərinin rəylərinə əsasən fərqli rəqəm müəyyən edib.
Agentliyin hesablamaları silah və müdafiə sistemlərinin dəyərinə əsaslanır, lakin əməliyyat, personal və yeni texnologiyaların işlənib hazırlanması xərclərini tam əhatə etmir. Jurnalistlər qeyd edirlər ki, bu amillər nəzərə alınarsa, layihənin ümumi dəyəri xeyli yüksək ola bilər.
Agentlik, həmçinin yalnız bir düşmənin tammiqyaslı hücumunu dəf etmək üçün hazırlanmış daha məhdud raketdən müdafiə sisteminin dəyərinin 844.4 milyard dollar olduğu qənaətinə gəlib.
Hazırlanması sentyabr ayında yekunlaşan və Pentaqonu qorumasını nəzərdə tutan “Qızıl qübbə” sisteminin ABŞ-yə yönəlmiş yüzlərlə raketi eyni anda aşkar edə bildiyi qeyd olunur.
Paraqraf.com
![]()
