20 Sen 2026, Bz

Yaponiyada zəlzələdən sonra 24 yeraltı təkan baş verib

PAYLAŞIN:

Yaponiyanın şimalında 7,5 maqnitudalı zəlzələdən sonra həmin ərazidə 24 yeraltı təkan baş verib.

“Paraqraf.com” xəbər verir ki, yeraltı təkanların maksimal maqnitudası – 6,4 minimal -2,7 təşkil edib. Zəlzələ ocağının dərinliyi 10-50 kilometr arasında dəyişib.

Qeyd edək ki, zəlzələ Aomari şimal prefekturasında baş verib. Yaponiyanın əsas adası olan Honşunun şimal-şərq sahili və ölkənin ən şimal adası Hokkaydonun şərq sahili boyunca sunami təhlükəsi elan edilib. Sunaminin maksimal hündürlüyü 70 santimetr olub.

Paraqraf.com

Loading