20 Sen 2026, Bz

Myanmada xəstəxanaya hücum nəticəsində 30-dan çox insan ölüb

PAYLAŞIN:

Myanmada hərbçilərin xəstəxanaya hücumu nəticəsində ən azı 30 nəfər həlak olub.

“Paraqraf.com” “Reuters” agentliyinə istinadən xəbər verir ki, Banqladeşlə sərhəddə yerləşən Rakhayn ştatının Mrauk-U şəhərindəki mərkəzi xəstəxanaya təyyarə ilə zərbə endirilib.

“Vəziyyət dəhşətlidir. Hazırda 31 nəfərin ölümünü təsdiq edə bilərik və bu rəqəmin artacağı gözlənilir. Həmçinin 68 yaralı var və onların da sayı artacaq”, – hadisə yerində olan humanitar təşkilatın əməkdaşı bildirib.

Paraqraf.com

Loading