Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Sərnişini yolda düşürən sürücü FACİƏYƏ SƏBƏB OLACAQDI
HADİSƏ

Sərnişini yolda düşürən sürücü FACİƏYƏ SƏBƏB OLACAQDI

02 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

“İntensiv hərəkət olan küçə və prospektlərdə yolun hərəkət hissəsində dayanmaq ağır qəzalara səbəb olur. Nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində dayandırılması arxadan gələn avtomobillər üçün ciddi təhlükə yaradır. Belə hallar çox vaxt nəqliyyat vasitəsinin nasazlıq səbəbindən yolda dayanması və sürücünün zəruri təhlükəsizlik tədbirlərini görməməsi nəticəsində baş verir”.

Paraqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində bildirilib:

“Lakin müşahidələr göstərir ki, bəzi sürücülər məcburi səbəb olmadığı halda da, məsələn, sərnişin mindirib-düşürmək və ya digər şəxsi məqsədlərə görə avtomobili intensiv hərəkətin olduğu hissədə dayandırırlar.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kamerası vasitəsilə qeydə alınan bu hadisə isə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verib. Əsas yolda hərəkətdə olan nəqliyyat vasitəsi sərnişin düşürmək məqsədilə yolun hərəkət hissəsində dayanan avtomobillə toqquşub. Qəza siqnalının yandırılması ilə təhlükənin aradan qalxdığını düşünən sürücü çoxzolaqlı yolda sərnişini düşürməklə həm özünü, həm də digər şəxsi təhlükə qarşısında qoyub. Hadisə nəticəsində mərkəz istiqamətində sıxlıq da yaranıb.

Bir daha xatırlatmaq istəyirik ki, bu cür qayda pozuntuları ölüm və xəsarətlə nəticələnən qəzaların qeydə alınmasına və yollarda hərəkətin ləngiməsinə səbəb olur. Sərnişinin yolun hərəkət hissəsində düşürülməsi isə onun həyatını birbaşa təhlükəyə atır”.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qara dənizdə Rusiya gəmisinə hücum edilib

Next

AYNA: Bakı–Sumqayıt xəttində sürətli əlaqə üçün yeni tədbirlər görülür

Copyright 2026— Praqraf.com. All rights reserved