Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/AYNA: Bakı–Sumqayıt xəttində sürətli əlaqə üçün yeni tədbirlər görülür
CƏMİYYƏTMANŞET

AYNA: Bakı–Sumqayıt xəttində sürətli əlaqə üçün yeni tədbirlər görülür

02 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Bakı–Sumqayıt yolunda nəqliyyat axınının sürətlə artması bu istiqamətdə həm yol infrastrukturunun genişləndirilməsi, həm də ictimai nəqliyyatın daha operativ təşkilinə dair sualları gündəmə gətirir. Şəhərlərarası hərəkətin intensivləşməsi, tıxacların çoxalması və gündəlik sərnişin axınının yüksəlməsi Bakı–Sumqayıt magistralının genişləndirilməsi və alternativ nəqliyyat həllərinin – o cümlədən sürətli avtobus sistemlərinin tətbiqini aktuallaşdırıb.

Mövzu ilə bağlı “Paraqraf.com”a açıqlama verən APA İnformasiya Agentliyinin redaktoru Günay Elşad qızı bildirib ki, AYNA tərəfindən əhaliyə keyfiyyətli və əlçatan ictimai nəqliyyat xidmətləri göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir:

“Bakı–Sumqayıt istiqamətində bir neçə yeni marşrut xətti istifadəyə verilib. Hərəkətin daha rahat və maneəsiz təşkili üçün bu marşrutlarda xüsusi hərəkət zolaqları da yaradılıb”.

Günay Elşad qızı həmçinin şəhərlərarası sürətli əlaqəni təmin edən mövcud ekspres xəttlər barədə məlumat verib:

“Bakı–Sumqayıt arasında 594 və 595 nömrəli ekspres marşrut xətləri fəaliyyət göstərir. Bu avtobuslar son dayanacaqlar arasındakı məsafəni təxminən 60 dəqiqəyə qət edir”.

Cəfərova Validə
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sərnişini yolda düşürən sürücü FACİƏYƏ SƏBƏB OLACAQDI

Next

Yaponiya həyəcan siqnalı verdi: Çin gəmiləri xəbərdarlıqdan sonra geri çəkildi

Copyright 2026— Praqraf.com. All rights reserved