Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MÜSAHİBƏ/Mirvari alırsınız? Ekspert xəbərdar edir: “Bu tək bir baxışla bilinir!”
MÜSAHİBƏ

Mirvari alırsınız? Ekspert xəbərdar edir: “Bu tək bir baxışla bilinir!”

01 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Mirvari muncuqları zərifliyin simvolu hesab olunur. Onun parıltısı və incə görünüşü sadə, lakin təsirli gözəllik yaradır. Mirvaridən hazırlanan aksesuarlar xanımların görünüşünə əlavə cazibə qatır və onları daha da zərif göstərir. Bu muncuqlar hisslərin, xatirələrin və zövqün susqun dilidir.

Mövzu ilə bağlı Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, Qiymətli Metallər və Qiymətli Daşlar üzrə Texniki Komitənin sədri, qiymətli daşlar üzrə ekspert Rövşən Əmircanov “Paraqraf.com”a bildirib ki, mirvarini digər qiymətli daşlardan ayıran ən fundamental xüsusiyyət onun yaranma mexanizmidir:

“Mirvari, yerin dərinliklərində kristallaşan minerallardan tamamilə fərqli olaraq, molyuskunun daxilində bioloji proses nəticəsində formalaşır. Bu, mirvarinin yalnız qiymətli daş deyil, həm də nadir biogen material olmasını şərtləndirir. Onun dəyərini artıran xüsusiyyətlər çoxlaylıdır. Təbii mənşə hər mirvarini unikallaşdırır – eyni ölçü və formada iki mirvarinin tam eyni olması mümkün deyil. Səthində yaranan təbii işıq oyunları – yumşaqlıq, dərinlik və çoxqatlı əksolunma mirvariyə xüsusi vizual cazibə bəxş edir.

Mirvarinin rəng palitrası da genişdir: ağ, fil sümüyü, qara, qızılı, çəhrayı çalarlar arasında xüsusilə nadir tonlara rast gəlinməsi onun bazar dəyərini yüksəldir. Mirvarinin emosional təsiri də mühümdür – əsrlərdir ki, incəlik, sadəlik, təmkin və zərifliklə assosiasiya olunur”.

Ekspert mirvarinin digər daşlarla fərqlərindən də söz açıb:

“Minerallar geoloji təzyiq nəticəsində kristallaşır və istifadə üçün çox vaxt kəsilməyə ehtiyac duyur. Mirvari isə təbiətin özü tərəfindən hazır formada yaradılır və əlavə emal tələb etmir. Təbii laylı səth quruluşu onu süni muncuqlardan açıq şəkildə fərqləndirir. Sərtlik baxımından kristallar mirvaridən möhkəmdir, lakin mirvari öz zərifliyi və bioloji strukturu ilə seçildiyi üçün incəsənət, moda və dizaynda daha emosional təsir yaradır. Bu səbəbdən mirvari “zamansız” material hesab olunur”.

Rövşən Əmircanov mirvari seçərkən diqqət edilməli əsas məqamlardan da danışıb:

“Bazarda sintetik və imitasiya olunan mirvari növləri çox olduğundan alıcılar son dərəcə diqqətli olmalıdır. Keyfiyyətli mirvari bir neçə əsas meyarla müəyyən edilir. Ən vacibi parıltı və dərinlikdir. Yüksək keyfiyyətli mirvari səthində yumşaq, dərin işıq effekti yaradır. Tutqun görüntü keyfiyyətin aşağı olduğunu göstərir. Digər meyar səthin təmizliyidir. Təbii mirvaridə xırda izlər ola bilər, lakin kobud qüsurlar, çuxurlar olmamalıdır. Forma da mühümdür – tam dairəvi mirvarilər ən yüksək kateqoriyaya daxildir, barokko formalar isə özünəməxsus estetika verir.

Ölçü də dəyəri təsir edən amildir: diametr böyüdükcə qiymət artır. Xüsusilə dəniz mirvarilərində iri ölçü premium sayılır. Rəngin vahidliyi və səthin homogenliyi də qiymətləndirilir.

Ən vacib nüans mirvarinin etibarlı mənbədən alınması və mütləq şəkildə keyfiyyət sertifikatı ilə təqdim edilməsidir. Sertifikat mirvarinin mənşəyini, növünü, ölçüsünü və xüsusiyyətlərini təsdiqləyən yeganə sənəddir”.

Ekspertin sözlərinə görə, mirvari yalnız bəzək elementi deyil, həm də zaman keçdikcə dəyərini itirməyən nadir materialdır:

“Mirvarinin dəyəri yalnız onun gözəlliyindən deyil, həm də formalaşdığı prosesin mürəkkəbliyindən və bioloji mənşəyindən qaynaqlanır. Buna görə də mirvari həm zərifliyin simvolu, həm də uzunmüddətli dəyər daşıyan materialdır”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mail Yaqub: “Özgüvənsizlik uşaq vaxtı verilən dəyərin azlığından yaranır”

Next

Tramp Maduro ilə telefon danışığı zamanı ona ölkəni tərk etməsini deyib

Copyright 2026— Praqraf.com. All rights reserved