Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilib
MƏDƏNİYYƏTÖZƏL

BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilib

28 Noyabr 2025 3 Min Read
PAYLAŞIN:

Bakı Dövlət Universiteti (BDU), Türkiyənin Orta Doğu Texniki Universiteti, Ankara Universiteti, Qazi Universiteti, Ege Universiteti və Kocaeli Universiteti, Çinin Anhui Universiteti, Moldovanın Moldova Dövlət Universitetinin Tətbiqi Fizika İnstitutu, ABŞ-nin “Case Western Reserve” Universiteti, Pakistanın COMSATS Universiteti və Lahor Universiteti, Macarıstanın Zeqed Universiteti, Rumıniyanın Milli Materiallar Fizikası İnstitutunun birgə təşkilatçılığı ilə “Fizikada müasir trendlər” (“Modern Trends in Physics”) mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə “Bakı Dövlət Universiteti”-nin rəsmi səhifəsində paylaşım edilib.

Açılış mərasimində çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, konfransın Vətən müharibəsində şanlı Zəfərimizin 5 illik yubileyinə və “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməsi onu daha da yaddaqalan edir. Prorektor qeyd edib ki, 2009-cu ildən başlayaraq iki ildən bir keçirilən konfransın əhatə dairəsi ildən-ilə genişlənməkdədir. Builki konfransda Azərbaycan, Türkiyə, ABŞ, Rumıniya, İtaliya, Macarıstan, Birləşmiş Ərəf Əmirlikləri, Özbəkistan, Qazaxıstan, Pakistan, Moldova və s. ölkələr daxil olmaqla 21 ölkə təmsil olunur. Konfransa 300-dən çox məruzə təqdim olunub: “Fəaliyyət göstərdiyi illər ərzində BDU daim öz elmi məktəbləri ilə fəxr edib. BDU-nun beş əsas elmi prioritetindən biri də fizika elmi üzrədir. Konfransın əvvəlki illərdə olduğu kimi, gənc tədqiqatçı və alimlər üçün yeni platformalar formalaşdıracağına, mühüm elmi prioritetlər müəyyən edəcəyinə, fizika üzrə beynəlxalq əməkdaşlıq əlaqələrini daha da genişləndirəcəyinə inanırıq”.

Sonra BDU haqqında videoçarx nümayiş olunub.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, BDU Azərbaycanda uzun illər ərzində formalaşan fundamental elmlər üzrə elmi məktəblərin əsas daşıyıcısıdır. Bu cür konfransların keçirilməsi fizika üzrə daha çox beynəlxalq əməkdaşlıq əlaqələrinin yaranmasına, müxtəlif ölkələrdən olan alimləri bir araya gətirməklə yeni tədqiqat istiqamətlərinin yaranmasına səbəb olur: “Cəmiyyətin inkişafının yeganə yolu elmdən, onun transformasiyasından, gündəlik həyata və iqtisadiyyata təsirindən keçir. Elmi tədqiqatlara daha çox önəm vermək, yüksək elmi nəticələri olan alimlərin təşviq olunması, gənclərin elmi tədqiqatlara cəlbinin müxtəlif müxanizmlərinin hazırlanması Elm və Təhsil Nazirliyinin əsas prioritetlərindəndir”.

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, Türkiyənin Bilkənd Universitetinin professoru Əmirulla Məmmədov, İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Fraskati Milli Laboratoriyasının müdiri, Rumıniyanın Materiallar Fizikası Milli İnstitutunun professoru Stefano Belluçi, Türkiyənin Qazi Universitetinin professoru Şəmsəddin Altındal, Pakistanın Lahor Universitetinin Fizika fakültəsinin dekanı, professor Muhammad İftikhar Khan, Ankara Universitetinin professoru İman Əsgərbəyli, İstanbul Beykent Universitetinin professoru Ümit Deniz Göker, Moldova Dövlət Universitetinin Tətbiqi Fizika İnstitutunun Elmi katibi Aleksey Meşalkin, Pakistanın Marian Universitetinin professoru Muhammad Ajaz çıxışlarında fizikanın müxtəlif sahələrinin inkişafında müasir tendensiyaları qeyd edib, konfransın işinə uğurlar arzulayıblar.

 

 

Həsən Məmmədov 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çinin ölkəmizdəki səfiri əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib

Next

Sumqayıt Dövlət Universiteti ilə Bursa Uludağ Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Copyright 2026— Praqraf.com. All rights reserved