Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/İordaniya Azərbaycana investisiyaları artırmağa hazırdır
CƏMİYYƏT

İordaniya Azərbaycana investisiyaları artırmağa hazırdır

27 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

İordaniya gələn il Bakıdan Əmmana birbaşa aviareys açmağa ümid edir.

Paraqraf.com “Report”a istinadən xəbər verir ki, bunu İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Əl-Quda Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən dördüncü iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“Ümid edirik ki, artıq gələn il birbaşa aviareys aça biləcəyik və bu, ticarət əlaqələrinə və digər qarşılıqlı fəaliyyət istiqamətlərinə böyük təkan verəcək. Biz energetika, rəqəmsallaşma, İKT haqqında danışdıq. İordaniya kimi, Azərbaycan da bu sahədə böyük uğurlar əldə edib və əminəm ki, birgə işə başlamalıyıq”, – o əlavə edib.

Nazirin sözlərinə görə, iclasda MDB ölkələrində və Yaxın Şərqdə mövcud olan geniş imkanlar müzakirə edilib.

“Biz bu imkanlardan faydalanmaq üçün ölkələrimizin birgə işləməsi imkanlarını müəyyən etməyə çalışdıq. Həmçinin İordaniyadan Azərbaycana və öz növbəsində, Azərbaycandan İordaniyaya investisiya qoyuluşunun artırılması yollarını müzakirə etdik. Ümid edirik ki, birgə layihələr həyata keçirə və tərəfdaşlığı bütün mümkün yollarla inkişaf etdirə biləcəyik”, – nazir qeyd edib.

Bundan başqa, Y. Əl-Quda turizmin də əməkdaşlığın əsas və perspektivli sahəsi olaraq qaldığını vurğulayıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Amerikalı 20 yaşlı basketbolçu aldığı zədədən sonra vəfat edib

Next

Azərbaycan və 3 ölkə “Xəzər – Qara dəniz” nəqliyyat marşrutunun yaradılmasına dair saziş imzalayacaq

Copyright 2026— Praqraf.com. All rights reserved