22 Sen 2026, Ça

Amerikalı 20 yaşlı basketbolçu aldığı zədədən sonra vəfat edib

PAYLAŞIN:

ABŞ-nin Oklahoma ştatındakı Konnors kollecinin basketbolçusu Ethan Dits oyun zamanı başından aldığı zədədən sonra dünyasını dəyişib.

Paraqraf.com “ESPN” nəşrinə istinadən xəbər verir ki, o, kəllə-beyin travması aldıqdan bir neçə dəqiqə sonra vəfat edib.

Onun ölümündən sonra komandasının növbəti turdakı matçları təxirə salınıb.

Qeyd edək ki, Ethan Dits cari mövsümdə oynadığı 8 oyunda ortalama 11 xal göstərici ilə çıxış edib.

Loading