PAYLAŞIN:

Ermənistan Baş Prokurorluğu İrəvanın keçmiş meri, deputat Taron Markaryandan 5 milyon dollardan çox məbləğdə vəsaitin müsadirə edilməsini tələb edir.

“Paraqraf.com” xəbər verir ki, bu barədə Ermənistan KİV- ləri Baş Prokurorluğa istinadən bildirir.

“Baş Prokurorluq sabiq merdən və onunla əlaqəli şəxslərdən 2 milyard dram ( 5,2 milyon dollar) məbləğində pul vəsaitinin və daşınmaz əmlakın müsadirə edilməsini tələb edir. Markaryanın əmlakına həbs qoyulub”, – qurumdan bildiriblər.

Paraqraf.com

Loading