Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Əmrah Həsənli: “Planşet və internetin olmaması artıq təhsil itkisinə çevrilib”
ELM VƏ TƏHSİLMANŞETÖZƏL

Əmrah Həsənli: “Planşet və internetin olmaması artıq təhsil itkisinə çevrilib”

19 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Təhsildə bərabər imkanların yaradılması hər bir ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Bu prinsip yalnız sosial ədaləti deyil, həm də insan kapitalının gücləndirilməsini hədəfləyir.

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Paraqraf.com-a açıqlamasında bildirib ki, bərabər imkan anlayışı hər bir uşağın eyni başlanğıc nöqtəsinə malik olması anlamına gəlmir. Bu, fərqli sosial, iqtisadi və psixoloji şəraitlərin yaratdığı uçurumların minimuma endirilməsi deməkdir:

“Sosial mühitin təsiri ilk növbədə ailənin təhsilə verdiyi dəyərdən başlayır. Əgər ailədə kitab mədəniyyəti zəifdirsə və valideynlər övladının inkişafına lazımi dəstək göstərmirsə, şagird məktəbin təqdim etdiyi imkanlardan tam yararlana bilmir. Bu isə sosial kapitalın azlığından yaranan əsas maneələrdən biridir”.

Ekspert iqtisadi faktorların isə daha konkret ölçülə bildiyini vurğulayıb:

“Ailənin gəlir səviyyəsi aşağı olduqda uşağın məktəbdənkənar fəaliyyətlərə, hazırlıq kurslarına, hətta elektron cihazlara çıxışı məhdudlaşır. Texnologiyanın təhsilin əsas alətlərindən birinə çevrildiyi bir dövrdə planşet və ya internetin olmaması artıq adi çətinlik deyil, real təhsil itkisidir”.

Əmrah Həsənli sonda qeyd edib ki, təhsildə bərabər imkanların formalaşdırılması qısa müddətli tədbirlərlə həll olunan məsələ deyil, davamlı və məqsədyönlü siyasət tələb edir:

“Əgər hər bir uşağın potensialını üzə çıxarmaq istəyiriksə, onun ailəsinin gəlirinə, yaşadığı yerə və sosial mühitinə deyil, inkişaf perspektivinə fokuslanmalıyıq. Təhsildə real bərabərlik məhz buradan başlayır”.

Cəfərova Validə
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ermənistanın Baş Prokurorluğu İrəvanın sabiq merindən 5,2 milyard dollar məbləğində vəsaitin müsadirəsini tələb edir

Next

“Bu adam ağlını itirib…” – Rəsul Quliyev xalqı hökumətin ətrafında birləşməyə çağırdı

Copyright 2026— Praqraf.com. All rights reserved