Skip to content
04 İyun 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 11
  • Mədəni irsdən diplomatik nüfuza: Azərbaycan UNESCO-da söz sahibidir

Mədəni irsdən diplomatik nüfuza: Azərbaycan UNESCO-da söz sahibidir

Həsən 11 Noyabr 2025
176276347613725544826911a2d407ab0
PAYLAŞIN:

Azərbaycanın UNESCO ilə əməkdaşlığı beynəlxalq səviyyədə ölkəmizin mədəni irsinin tanıdılmasına və qorunmasına mühüm töhfə verir.

Azərbaycanın UNESCO ilə əlaqələri müstəqilliyin ilk illərindən formalaşmağa başlayıb. 3 iyun 1992-ci ildə ölkəmiz təşkilata üzv qəbul edilib, 1994-cü ildə isə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb.

Mövzu ilə bağlı Paraqraf.com-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru Üzeyir Mustafayev bildirib ki, Azərbaycan ilə UNESCO arasında qurulan əməkdaşlıq ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

“İkitərəfli əlaqələrin inkişafı nəticəsində 3 maddi və 19 qeyri-maddi mədəni irs nümunəmiz UNESCO-nun müvafiq siyahılarına daxil edilib. Bu, Azərbaycanın dünya mədəni irsinin qorunmasına verdiyi dəstəyin göstəricisidir”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq səviyyədə qazandığı etimadın nəticəsi kimi, 2023-cü ildə ölkəmiz UNESCO-nun 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib. Bu addım mədəni dəyərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Azərbaycan üçün mühüm platforma rolunu oynayır.

Üzeyir Mustafayev əlavə edib ki, Azərbaycan yalnız öz mədəni irsini deyil, digər ölkələrdəki tarixi abidələrin qorunmasına da töhfə verir:

“Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir sıra dövlətlərində, o cümlədən Vatikandakı Müqəddəs Pyotr Bazilikasında bərpa işləri həyata keçirilir. Bu, Azərbaycan mədəni diplomatiyasının parlaq nümunəsidir”.

Ekspertin sözlərinə görə, UNESCO çərçivəsində aparılan əməkdaşlıq Azərbaycanın mədəni irsinin mənşə ölkə kimi tanınmasına və beynəlxalq səviyyədə müdafiəsinə şərait yaradır. Bu istiqamətdə aparılan təmaslar, o cümlədən Suriya ilə İmaməddin Nəsiminin qəbrinin ölkəmizə gətirilməsi məsələsi də həmin prosesin tərkib hissəsidir.

Sonda Üzeyir Mustafayev qeyd edib ki, Azərbaycanın UNESCO-da əldə etdiyi uğurlar ardıcıl xarakter daşıyır.

“2021-ci ildə ölkəmiz 143 səslə UNESCO-nun İcraiyyə Şurasının üzvü seçilmişdi. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunun artdığını bir daha sübut edir,” – deyə o bildirib.

Cəfərova Validə
Paraqraf.com

Loading

About The Author

Həsən

See author's posts

Post navigation

Previous: “Dərsliklər tarixə çevrilir” – Süni intellekt təhsili yenidən yazır
Next: Türkiyə Prezident Administrasiyasından təyyarə qəzası ilə bağlı yanlış məlumatlara dair AÇIQLAMA

OXŞAR MÖVZULAR

3oEVLfbOpGg1XXyAecaVNoKhh51wxicaiqfyAjiJ_1200

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Həsən 03 İyun 2026
5P0rQoZT8IWUdvJfaR1Kpawb3hAK0bvBpniCS77y_1200

Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb

Həsən 02 İyun 2026
6cfa4b76-74f1-39d8-a593-3838e9591392_1200 (1)

Prezident Qurban Qurbanovu “Dostluq” ordeni ilə təltif edib

Həsən 01 İyun 2026

XƏBƏR LENTİ

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir? 60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

03 İyun 2026
Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

03 İyun 2026
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026
Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

03 İyun 2026
Cəlilabadda qadın qətlə yetirilib f2880810-31a7-3a79-b6ba-cf348b698d09_1200

Cəlilabadda qadın qətlə yetirilib

03 İyun 2026
BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Y52No84XXO9Om2L6p0btxUL70XwOoAdke2sLD6vl_1200

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

03 İyun 2026

BÜTÜN YAZILAR

60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

Həsən 03 İyun 2026
xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

Həsən 03 İyun 2026
NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Həsən 03 İyun 2026
fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Həsən 03 İyun 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.