Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/“Dərsliklər tarixə çevrilir” – Süni intellekt təhsili yenidən yazır
ELM VƏ TƏHSİLMANŞETÖZƏL

“Dərsliklər tarixə çevrilir” – Süni intellekt təhsili yenidən yazır

11 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Müasir dövrdə texnologiya təhsilin ayrılmaz hissəsinə çevrilib. Əgər əvvəllər yeniliklər sadəcə dərslərin elektron formada keçirilməsi ilə məhdudlaşırdısa, bu gün süni intellekt və rəqəmsal platformalar öyrənmə prosesini tamamilə yenidən qurur.

Təhsil eksperti Rizvan Fikrətoğlu Paraqraf.com-a açıqlamasında bildirib ki, texnologiyanın təhsildəki rolu sadəcə bilik ötürməkdən daha genişdir:

Peşə məktəbləri ilə bağlı QALMAQAL

“Texnologiya yalnız məlumat vermək üçün deyil, həm də şagirdin təfəkkürünü və yaradıcılığını inkişaf etdirməyə xidmət edən alətdir. Müasir təhsil anlayışı konstruktiv yanaşmaya əsaslanır. Yəni şagird bilikləri passiv şəkildə qəbul etmir, onları aktiv şəkildə qurur. Rəqəmsal alətlər də məhz bu məqsədlə – şagirdin öyrənmə prosesinə aktiv cəlb olunması üçün istifadə edilməlidir”.

Ekspertin sözlərinə görə, texnologiyanın təhsildə tətbiqi əsasən üç istiqamətdə özünü göstərir: fərdiləşdirilmiş tədris, aktiv öyrənmə və bərabər imkanların yaradılması.

“Süni intellekt sistemləri hər bir şagirdin öyrənmə tempinə uyğun material təqdim edir və bu da fərdi tədris trayektoriyasının qurulmasına şərait yaradır. Khan Academy kimi platformalar artıq hər bir şagirdə öz sürətində və səviyyəsində öyrənmək imkanı yaradır. Eyni zamanda simulyasiyalar, interaktiv tapşırıqlar və onlayn oyunlar dərsi daha maraqlı və yadda qalan edir,” – deyə Fikrətoğlu vurğulayıb.

O qeyd edib ki, onlayn təhsil coğrafi fərqləri aradan qaldıraraq ucqar ərazilərdə yaşayan uşaqlara da bərabər və keyfiyyətli təhsil imkanı verir. Zaman və məkan sərbəstliyi, motivasiyanın artması və qlobal əməkdaşlıq imkanları bu sistemin əsas üstünlüklərindəndir.

Bununla belə, ekspert xəbərdarlıq edir ki, texnoloji bərabərsizlik, sosial təcrid və zəif özünüidarə bacarığı onlayn təhsilin əsas riskləri arasında qalır.

“Süni intellekt artıq təhsil sisteminin mühüm hissəsinə çevrilib. Testlərin yoxlanması, esselərin avtomatik qiymətləndirilməsi, plagiatın aşkarlanması və fərdi öyrənmə köməkçiləri kimi imkanlar bu sahənin gələcəyini müəyyən edir. Yaxın gələcəkdə hər bir şagirdin öz rəqəmsal müəllimi ola bilər,” – deyə Rizvan Fikrətoğlu əlavə edib.

Cəfərova Validə
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“ Zelenski Milad bayramına qədər öldürülə bilər”

Next

Mədəni irsdən diplomatik nüfuza: Azərbaycan UNESCO-da söz sahibidir

Copyright 2026— Praqraf.com. All rights reserved