Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Yol vergisi 3,5 dəfə artırılır – yanacaq qiymətləri də bahalaşacaqmı?
MANŞETÖZƏL

Yol vergisi 3,5 dəfə artırılır – yanacaq qiymətləri də bahalaşacaqmı?

07 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda avtomobil benzini, dizel yanacağı və maye qaz üçün tətbiq edilən yol vergisinin məbləği növbəti ildən etibarən əhəmiyyətli dərəcədə artırılacaq.

Bu, Milli Məclisə təqdim olunan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.

Dəyişikliklərə görə, hazırda hər litr üçün 2 qəpik olan yol vergisi 7 qəpiyə qədər yüksəldiləcək. Bu isə 3,5 dəfə artım deməkdir.

İqtisadçı Eldəniz Əmirov “Paraqraf.com”a açıqlamasında bildirib ki, yol vergisi bir ölkəyə idxal olunan benzin və digər yanacaq növlərinin hər litrinə görə dövlət büdcəsinə ödənilən vergi növüdür:

 

“Bu verginin toplanılmasında əsas məqsəd həmin yolların saxlanılması və digər nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün maliyyələşməni təmin etmək, bu istiqamətdə dövlət xərclərinin qarşılanmasını həyata keçirməkdir. Yəni bu vergi istehsalçıya və ya idxal edən tərəfə tətbiq edilə bilər”.

Ekspert, həmçinin vergi məbləğinin 3,5 dəfə artırılmasından da danışıb:

“Bunun yanacaq qiymətlərinə təsiri olacaq. Amma bu, o demək deyil ki, məhsulun qiymətinə 5 qəpik əlavə olunacaq. Burada risk faktoru var — bahalaşma riski. Bütün hallarda, Azərbaycanda yanacağın qiyməti inzibati yolla tənzimləndiyi üçün bununla bağlı indi nəsə demək tezdir. Elə ola bilər ki, bununla bağlı ümumiyyətlə qərar qəbul edilməsin”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ Orta Asiyada güc balansını dəyişdi: Tramp və Mirziyoyev 100 milyard dollarlıq sazişə imza atdı!

Next

Azərbaycanda uşaq futbolunun gələcəyinə strateji addım: “Şuşa” PFK yeni proqram təqdim etdi – FOTO

Copyright 2026— Praqraf.com. All rights reserved