Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/ABŞ Orta Asiyada güc balansını dəyişdi: Tramp və Mirziyoyev 100 milyard dollarlıq sazişə imza atdı!
MANŞETÖZƏL

ABŞ Orta Asiyada güc balansını dəyişdi: Tramp və Mirziyoyev 100 milyard dollarlıq sazişə imza atdı!

07 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

ABŞ və Özbəkistan arasında genişmiqyaslı ticarət sazişi imzalanıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında məlumat verib.

“ABŞ və Özbəkistan arasında inanılmaz iqtisadi-ticarət sazişinin imzalanmasını elan etməkdən məmnunluq duyuram”, – Tramp bildirib.

Sazişə əsasən, Özbəkistan qarşıdakı üç il ərzində ABŞ-dən 35 milyard dollar dəyərində məhsul və xidmətlər alacaq, həmçinin investisiyalar yatıracaq. Növbəti on il ərzində isə bu rəqəmin 100 milyard dollardan çox olacağı gözlənilir.

Politoloq Tural İsmayılov “Paraqraf.com”a açıqlamasında bildirib ki, ABŞ və Özbəkistan arasında imzalanan ticarət sazişi həm iki ölkənin iqtisadi gücünü, həm də siyasi iradəsini nümayiş etdirən tarixi hadisədir:

“Bu razılaşma Tramp administrasiyasının xarici siyasətində iqtisadi diplomatiyanın üstünlüyünü bir daha ortaya qoydu. ABŞ üçün bu, Mərkəzi Asiyada nüfuz dairəsini genişləndirmək, Çin və Rusiyanın təsirini balanslaşdırmaq baxımından strateji qələbədir. Tramp reallığa əsaslanan siyasəti ilə iqtisadi maraqları milli təhlükəsizliklə birləşdirməyi bacarır. 35 milyard dollarlıq ilkin saziş və 100 milyard dollardan artıq perspektivli investisiya planı ABŞ iqtisadiyyatına yeni nəfəs gətirəcək”.

Politoloqun sözlərinə görə, Özbəkistan bu prosesdə sadəcə tərəfdaş deyil, regionun iqtisadi liderlərindən biri kimi çıxış edir:

“Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkə son illər sürətli sənaye artımı, maliyyə sabitliyi və açıq iqtisadi siyasəti ilə seçilir. ABŞ-lə bu miqyasda əməkdaşlıq onun qlobal bazarlarda rolunu daha da gücləndirəcək. Özbəkistan bu sazişlə həm texnoloji transformasiyanı, həm də ixrac potensialını artırmağı hədəfləyir”.

Tural İsmayılov qeyd edib ki, hər iki tərəf üçün bu əməkdaşlıq “qlobal maraqların kəsişmə nöqtəsi”dir:

“ABŞ üçün Orta Asiyada etibarlı müttəfiq qazanmaq, Özbəkistan üçün isə ABŞ texnologiyası və kapitalını iqtisadi inkişafın xidmətinə yönəltmək deməkdir. Tramp bu sazişlə ABŞ-nin güclü tərəfdaşlıq modelini yenidən gündəmə gətirdi. Özbəkistan isə göstərdi ki, müstəqil, güclü və öz sözünü deyən dövlət olmaqla dünyada hörmət qazanmaq mümkündür. Bu sənəd həm Amerikanın iqtisadi qüdrətini, həm də Özbəkistanın regional liderliyini birləşdirən uğurlu əməkdaşlıq nümunəsidir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Payızda huşunu itirmə hallarının artması təsadüfi deyil” – Adil Geybulladan vacib AÇIQLAMA

Next

Yol vergisi 3,5 dəfə artırılır – yanacaq qiymətləri də bahalaşacaqmı?

Copyright 2026— Praqraf.com. All rights reserved