Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 6
  • Milli Məclis komitələrinin birgə iclasında 2026-cı il üçün dövlət büdcəsinin layihəsi müzakirə olunub

Milli Məclis komitələrinin birgə iclasında 2026-cı il üçün dövlət büdcəsinin layihəsi müzakirə olunub

admin 06 Noyabr 2025 2 minutes read
576794186_122174926628465556_3510191189318937954_n
PAYLAŞIN:
Noyabrın 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov iclası açaraq, tədbirdə “Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.
Parlamentin birinci vitse-spikeri Konstitusiyamıza əsasən ölkənin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin, insanların rifahının yaxşılaşdırılmasının dövlətin ali məqsədlərindən olduğunu bildirib. Bununla yanaşı, Konstitusiyada dövlətin vəzifələrinin təsbit olunduğunu və onların həyata keçirilməsi üçün ölkə Prezidenti tərəfindən müəyyən edilmiş iqtisadi və sosial strategiyanın əks olunduğunu qeyd edib. Eyni zamanda, hazırda Böyük Qayıdış layihəsinin reallaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, 2026-cı il dövlət büdcəsinin layihəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün lazımi iqtisadi və maliyyə əsaslarının təmin edildiyini söyləyib.
Əli Əhmədov beynəlxalq aləmdə gedən mürəkkəb proseslərin iqtisadi sahədə də müəyyən çağırışlar yaratdığını deyib. O, bütün bunlara baxmayaraq, Azərbaycanda iqtisadi və sosial sahələrdə uğurların əldə edildiyini bildirib. Ölkəmizin 2026-ci il üçün dövlət büdcəsinin həm gəlirlərində, həm xərclərində artımın müşahidə edildiyini, bu büdcənin də ənənəvi olaraq sosialyönümlü olduğunu qeyd edib. Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisinin 41 faiz olduğunu deyib. Büdcənin həyatın bütün sahələrində qarşıda qoyulan vəzifələrin icrası üçün lazımi təmimat yaratdığını bildirib.

Loading

Visited 13 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Rauf Zeyni: “Xalqımız ağır sınaqlardan keçərək bu günkü Zəfəri əldə edib”
Next: Tramp Si Cinpinə xahişlə müraciət etdi

OXŞAR MÖVZULAR

ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026
IMG-20260421-WA0013

Ekspert: “Daxili investisiyaların artımı qeyri-neft sektorunun inkişafını sürətləndirə bilər”

admin 21 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.