Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Doqquz ayda istehlakçılara 157 milyon manata yaxın ƏDV qaytarılıb
CƏMİYYƏT

Doqquz ayda istehlakçılara 157 milyon manata yaxın ƏDV qaytarılıb

06 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

2025-ci ilin yanvar-oktyabr ayları ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara ümumilikdə 156 milyon 759.9 min manat məbləğində vəsait geri ödənilib.

Paraqraf.com Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, vəsait ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə qaytarılıb. Buraya neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları daxil deyil.

Layihə çərçivəsində, həmçinin teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri kimi mədəni xidmətlərə, eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılıb.

Bununla yanaşı, 2025-ci ilin doqquz ayında xarici vətəndaşlar tərəfindən Azərbaycan ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax Free”) məbləği 8 milyon 964.6 min manat təşkil edib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Cənubi Koreyada elektrik stansiyasının qülləsi uçub: Yeddi nəfər dağıntılar altında qalıb

Next

Ermənistan hökuməti müdafiə ehtiyacları üçün əlavə 11 milyon dollar ayıracaq

Copyright 2026— Praqraf.com. All rights reserved