Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Cənubi Koreyada elektrik stansiyasının qülləsi uçub: Yeddi nəfər dağıntılar altında qalıb
DÜNYA

Cənubi Koreyada elektrik stansiyasının qülləsi uçub: Yeddi nəfər dağıntılar altında qalıb

06 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Noyabrın 6-da gündüz saatlarında Cənubi Koreyanın Ulsan şəhərində “Korea East-West Powe”r şirkətinə məxsus istilik elektrik stansiyasının ərazisində 60 metrlik qazanxana qülləsinin konstruksiyası uçub. Yeddi fəhlə dağıntılar altında qalıb.

Paraqraf.com xəbər verir ki, bu barədə chosun.com məlumat yayıb.

Yerli vaxtla təxminən saat 14:00-da metal dayaqların kəsilməsi zamanı tikili uçub və orada olan fəhlələr dağıntıların altında qalıb. Xilasetmə xidmətinin məlumatına görə, iki fəhlə xilas edilib, yeddi nəfər hələ də dağıntılar altında qalır. Axtarışlar davam edir. Hadisə yerinə yanğınsöndürənlər, polis və mühəndis bölmələri də daxil olmaqla yüzdən çox adam cəlb edilib.

Yerli xilasetmə xidmətinin nümayəndələrinin bildirdiyinə görə, Ulsandakı elektrik stansiyası ölkənin enerji sistemindəki ən köhnə obyektlərdən biridir. O, ekoloji təmiz enerji mənbələrinə keçid proqramı çərçivəsində istismardan çıxarılır. İstilik elektrik stansiyasının turbinləri üçün buxar istehsal etmək məqsədilə istifadə olunan qüllə təxminən 30 il işləyib və oktyabr ayından istismara yararsızlığı səbəbindən sökülürdü.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Paşinyan: “Azərbaycandan Türkiyəyə yüklərin tranzitini təmin etməyə hazırıq”

Next

Doqquz ayda istehlakçılara 157 milyon manata yaxın ƏDV qaytarılıb

Copyright 2026— Praqraf.com. All rights reserved