Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Qrossi: “İran zənginləşdirilmiş uranın bütün ehtiyatını qoruyub saxlayıb”
DÜNYA

Qrossi: “İran zənginləşdirilmiş uranın bütün ehtiyatını qoruyub saxlayıb”

05 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

İsrail və ABŞ-nin hücumlarına baxmayaraq, 60% zənginləşdirilmiş uranın, demək olar ki, hamısı hələ də İranda qalıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi “Financial Times”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti hələ də agentliyin müfəttişlərini ölkənin əsas nüvə obyektlərinə – Fordo, Natanz və İsfahana buraxmayıb.

“Ziyan böyük idi, lakin bizim qiymətləndirmələrimizə görə, 60%, eləcə də 20%, 5% və 2% zənginləşdirilmiş uranın böyük hissəsi, bəlkə də hamısı hələ də oradadır. Material hələ də oradadır və biz onu hər hansı son məqsədlə əlaqələndirməsək də, silah səviyyəsinə yaxın belə yüksək zənginləşdirilmiş materialın mövcudluğu narahatlıq doğurur”, – deyə Qrossi vurğulayıb.

Xatırladaq ki, iyun ayında İsrail İranın nüvə və müdafiə infrastrukturuna qarşı əməliyyat keçirib, ABŞ isə hücumlara qoşularaq Fordo, Natanz və İsfahan obyektlərinə bunker əleyhinə bombalar və qanadlı raketlərlə zərbələr endirib. ABŞ hakimiyyəti iddia edib ki, nəticədə İranın nüvə proqramı məhv edilib, zənginləşdirilmiş uran isə İran tədqiqat mərkəzlərinin dağıntıları altında qalıb.

Yayda ABŞ və Avropa kəşfiyyat məlumatlarına istinad edən KİV yazırdı ki, İranın nüvə proqramı yalnız bir neçə ay geri salınıb. Bildirilirdi ki, 60% zənginləşdirilmiş 408 kq urandan ibarət ehtiyatlar daşınıb. Qrossi qeyd etmişdi ki, BAEA həmin vaxt uranı gözdən itirib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Keçmiş məcburi köçkünlərə bu qədər vəsait ayrıldı

Next

Ermənistan İstintaq Komitəsinin sədri: “Dövlət çevrilişi işi üzrə sübutlar mövcuddur”

Copyright 2026— Praqraf.com. All rights reserved