Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ermənistan İstintaq Komitəsinin sədri: “Dövlət çevrilişi işi üzrə sübutlar mövcuddur”
DÜNYA

Ermənistan İstintaq Komitəsinin sədri: “Dövlət çevrilişi işi üzrə sübutlar mövcuddur”

05 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Dövlət çevrilişi ittihamı ilə həbs edilən şəxs öz əməllərini terrorçuluq adlandırıb”.

Paraqraf.com Ermənistan mediasına istinadla xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan parlamentdə büdcə müzakirələri zamanı müxalif deputat Anna Qriqoryanın suallarını cavablandırarkən bəyan edib.

A.Qriqoryan bildirib ki, həbs edilənləri (o cümlədən din xadimlərini) arxiyepiskop Baqrat Qalstanyanın telefon danışıqlarının dinlənilməsi zamanı üzə çıxarılan “iki-üç nəfərin öldürülməsinin vacibliyi” barədə sözləri əsasında süni şəkildə dövlət çevrilişinə cəhddə ittiham etməyə çalışırlar. O: “Siz, vəzifəli bir şəxs kimi, tam məlumatlı olduğunuz halda cəmiyyəti qorxutmaq üçün yalnız bu cümləni seçmisiniz… Elə bil insanlar, filmlərdə olduğu kimi, bütün planlarını lövhədə yazıblar. Əgər belə faktlar varsa, niyə onlar açıqlanmır?” – deyə vurğulayıb.

Bunun cavabında Poqosyan öncə “dinləmə” ifadəsi ilə razılaşmadığını, daha sonra fakt araşdırılarkən dinləmənin olmadığını bildirib, lakin söhbətin yazısının necə əldə edildiyini də açıqlamayıb. Poqosyan qeyd edib ki, artıq bu sözlərin elə-belə deyilmədiyi barədə sübutlar var. Axtarış zamanı tapılan və fəaliyyət planı ehtimal edilən sənəddə birbaşa “terror” sözü yazılıb. Söhbət binaların (o cümlədən polis binalarının) ələ keçirilməsindən gedib.

“İstintaq başa çatmayana qədər irəli getmək istəmirəm, lakin açıq məhkəmə prosesində hər şeydən özünüz əmin olacaqsınız”, – deyə Poqosyan fikrini tamamlayıb.

Xatırladaq ki, “Müqəddəs mübarizə” hərəkatının 18 nümayəndəsinə qarşı “terror aktı təşkil etməyə və hakimiyyəti ələ keçirməyə cəhd” ittihamı irəli sürülüb. Hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarları iyun ayının sonlarında həbs ediliblər. O zaman Ermənistan İstintaq Komitəsi bildirib ki, hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdinin qarşısı alınıb. Avqustun 21-də Qalstanyanın həbsi üç ay müddətinə uzadılıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qrossi: “İran zənginləşdirilmiş uranın bütün ehtiyatını qoruyub saxlayıb”

Next

Çin ABŞ-dən idxal olunan mallara 24 faizlik rüsumları bir il müddətinə dayandıracaq

Copyright 2026— Praqraf.com. All rights reserved