Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/“Sükutun dili – insanlar niyə bir-birini eşitmir?”
ÖZƏL

“Sükutun dili – insanlar niyə bir-birini eşitmir?”

29 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bəzən bir yerdə bir neçə insan oturur və damışırıq. Eşidilirik mi? Dinləyirik mi? Sözlər havada dolaşır, ürəklərə toxunmur. Hamı danışmaq istəyir, amma heç kim dinləmək istəmir. Sükutun dili isə getdikcə unudulur.

Sükut.. İnsanın özünü dinlədiyi bir dildir. Bəlkə də, çox zaman suallarına rahatlıqla cavab tapdığı…

İnsanlar bir-birinə qulaq asmaqdan çox, cavab verməyə tələsir. Sosial şəbəkələrdə, gündəlik həyatda hamı öz səsini ucaldır, amma kiminsə sakit səsini eşidən varmı? Bəzən bir baxış, bir nəfəs, bir susmaq min söz qədər mənalı olur, amma biz sükutu “boşluq” sayırıq. Halbuki, sükut — emosiyanın, düşüncənin, anlayışın ən saf formasıdır.

Bəlkə də ona görə insanlar bir-birindən uzaq düşür. Çünki danışmaq çoxalıb, amma eşitmək azalıb. Dinləmək bacarığı itəndə, anlayış da yox olur. Sevgi, dostluq, ailə – hamısı bir-birini dinləmək üzərində qurulur.

Bəzən bir dostun sükutu, bir ananın baxışı, bir uşağın göz yaşı hər sözdən daha çox danışır. Amma biz bu səssiz dili oxumağı unuduruq.

Əslində həyatın ən dərin mənaları sükutda gizlidir. Qəlbi dinləmək üçün qulaq yox, sakitlik lazımdır. Çünki sükut danışmır, amma hər şeyi izah edir.

Və bəlkə də bu gün dünyanın ən çox ehtiyacı olan şey – bir az az danışmaq, bir az çox eşitməkdir.

M. Mehdiyeva

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Türkiyədə qəzaya düşən azərbaycanlı tələbə 15 gün sonra öldü

Next

Cümhuriyyət – Azadlığın Adı

Copyright 2026— Praqraf.com. All rights reserved