Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Mülkü kreditə qoyub, zamin durmağın fəsadları… – vəkil AÇIQLAYIR
MANŞETCƏMİYYƏTÖZƏL

Mülkü kreditə qoyub, zamin durmağın fəsadları… – vəkil AÇIQLAYIR

27 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Son illər ölkəmizdə maliyyə çətinlikləri səbəbindən bir çox insanlar kredit əldə etmək üçün yaxın dostlarının, tanışlarının, hətta qohumlarının mülklərini banka girov qoyurlar. İlk baxışda sadə və qarşılıqlı etimada əsaslanan bu addım sonradan ciddi problemlərə, dostluq və ailə münasibətlərinin pozulmasına, bəzən də mülkiyyətin itirilməsinə gətirib çıxarır.

Məsələnin hüquqi tərəfini Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Mədinə Leqayeva “Paraqraf.com”a açıqlamasında belə şərh edib:

“Bu zaman krediti ödəyən həm mənəvi, həm də maddi zərərə uğrayır. Qiymətli əşyası, əmlakı əldən gedir, dostluq-qardaşlıq münasibəti pozulur. Çünki zamin olmaq o deməkdir ki, şəxs ödəyə bilməsə, mən ödəyəcəyəm, ya da əmlakımı verəcəyəm. Nəticədə, yalnız zərər görmüş şəxsin bir yolu qalır – o da digəri üçün ödədiyi pulu və ya əmlakın dəyərini Mülki Məcəlləyə əsasən subroqasiya qaydasında tələb etməkdir. Günümüzdə belə problemlər həddindən artıq çoxdur, lakin məsələ mülki mübahisə olduğuna görə birbaşa məhkəmə qaydasında həll edilməlidir”.

Vəkilin sözlərinə görə, bu halların ən çox rast gəlinən nümunəsi avtomobil kreditləridir:

“Məsələn, A şəxs maşın almaq istəyir, amma onun mülkü yoxdur. B şəxs razı olur ki, öz evini girov qoysun. Bank evin sənədlərini müvəqqəti ‘təminat’ kimi saxlayır və A şəxsə kredit verir. Lakin krediti ödəmək gecikəndə cərimə faizi (penya) hesablanır, gecikmə kredit tarixçəsinə mənfi təsir edir, uzun müddət ödənmədikdə isə bank məhkəməyə müraciət edir”.

Bu kimi hallar göstərir ki, “yaxın dost üçün” edilən bir yaxşılıq bəzən insanın illərlə topladığı var-dövlətinə başa gələ bilər.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Stokholmda “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib

Next

Cəlilabad rayonunda təmir və abadlıq işləri uğurla davam etdirilir

Copyright 2026— Praqraf.com. All rights reserved