Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Cəlilabad rayonunda təmir və abadlıq işləri uğurla davam etdirilir
ÖZƏLCƏMİYYƏT

Cəlilabad rayonunda təmir və abadlıq işləri uğurla davam etdirilir

27 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Cəlilabad rayonunda sakinlərin rahatlığını təmin etmək məqsədilə yenidənqurma işləri sürətlə davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, yeni asfalt örtüyü döşənmiş küçələrdə tez-tez olur, görülən abadlıq işlərinin vəziyyəti ilə maraqlanır və aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verir.

Son 4 ildə Cəlilabad rayonunda yol infrastrukturunun yenilənməsi sahəsində böyük işlər görülüb. Belə ki, 2022-ci ildə Cəlilabad şəhərində 21 küçə (21 km), Göytəpə şəhərində 9 küçə (5.4 km), Komanlı-Bəcrəvan yolu (1.5 km), Komanlı-Həziabad yolu (1.5 km), Privolnoye kəndində şəhid ailəsinin yaşadığı küçə, Hamarqışlaq kəndində qəbirstanlığa və məktəbə gedən yol, Təklə-Abazallı, Təklə-Məlikqasımlı, Şötüklü-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli kəndlərarası yollar (36.2 km) təmir edilmişdir. Ümumilikdə 65.7 km yol çəkilmişdir. 2023-cü ildə isə Cəlilabad rayonu üzrə 10 km uzunluğunda 30 küçəyə asfalt örtüyü vurulmuşdur.

2024-cü ildə rayonun yaşayış məntəqələrində 23 küçədə 8.5 km-dən çox asfaltlaşdırma işləri aparılmışdır. 2025-ci ildə isə bu istiqamətdə işlər davam etdirilmiş və il ərzində nəzərdə tutulan 25 küçəyə 8.2 km məsafədə asfalt örtüyü vurulmuşdur.

Qeyd edək ki, Cəlilabad şəhərində küçələrin asfaltlaşdırılması və yolların təmiri mərhələli şəkildə həyata keçirilir. Aparılan işlərin gedişi göstərir ki, bu işlər yaxın 1-2 il ərzində tam başa çatdırılacaq və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər həyata keçiriləcəkdir.

Cəlilabad rayonunda yollara yeni asfalt örtüyünün döşənməsi və yol infrastrukturunun inkişafı ilə bağlı görülən işlər rayon sakinləri tərəfindən böyük razılıq və məmnunluqla qarşılanır. Sakinlər, görülən işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Rafiq Cəlilova və əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildirirlər.

Elçin Hüseynov,
Cəlilabad Bələdiyyəsi sədrinin müavini

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mülkü kreditə qoyub, zamin durmağın fəsadları… – vəkil AÇIQLAYIR

Next

Nənəmin işığı: Sevgisi və Dualarıyla İşıq Saçan Bir Həyat

Copyright 2026— Praqraf.com. All rights reserved